...

MSK sədri müxalifət partiyalarının oktyabrın 10-da keçiriləcək mitinqinə münasibət bildirib

Siyasət Materials 4 Oktyabr 2010 18:33 (UTC +04:00)
MSK sədri Məzahir Pənahov bazar ertəsi jurnalistlərə açıqlamasında müxalifət partiyalarının oktyabrın 10-da keçiriləcək mitinqinə münasibət bildirib.
MSK sədri müxalifət partiyalarının oktyabrın 10-da keçiriləcək mitinqinə münasibət bildirib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir Т. Hacıyev/

MSK sədri Məzahir Pənahov bazar ertəsi jurnalistlərə açıqlamasında müxalifət partiyalarının oktyabrın 10-da keçiriləcək mitinqinə münasibət bildirib.

"Ayın 15-ə qədər heç bir təşviqatdan söhbət gedə bilməz. Partiyalar tərəfindən bu cür addımlar atması qanunsuzdur. Əgər o mitinqdə təbliğat, təşviqat olsa bizim borcumuzdur ki, hansı partiya olmasından asılı olmayaraq, çox ciddi ölçü götürək. Bunu mən MSK sədri kimi bildirməyi özümə borc bilirəm,"- Pənahov bildirib.
 
"Seçki məcəlləsinin tələbinə görə təşviqat dairə çərçivəsində həyata keçirilməlidir. Hər hansı dairədə irəli sürülən namizədlərin təşviqatı aparıla bilər. Bizdə kollektiv şəkildə müxtəlif dairələrdən irəli sürülmüş namizədlərin təbliğatı söhbəti yoxdur. Hansısa belə bir addımın atılması seçki məcəlləsinə və qanunvericiliyə zidd addımdır," - Pənahov əlavə edib.
 
Azərbaycanın müxalif partiyalarının birləşdiyi AXCP-Müsavat oktyabr ayının 10-da kütləvi aksiya keçirməyi planlaşdırır.
 
Azərbaycanın Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilmişdir. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti