...

Belqradın şəhərinin mərkəzi parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaqdır

Siyasət Materials 4 Oktyabr 2010 20:28 (UTC +04:00)
Serbiyanın paytaxtı Belqradın mərkəzi parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaqdır. Məlumatı bazar ertəsi günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Belqradın şəhərinin mərkəzi parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaqdır

Serbiyanın paytaxtı Belqradın mərkəzi parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaqdır. Məlumatı bazar ertəsi günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Bununla əlaqədar qərar Belqrad Meriyası və şəhər Şurasının sentyabrın 22-də keçirilmiş geniş iclasında qəbul olunmuşdur. Qərara əsasən paytaxtın "Taşmaydan" parkının ərazisində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ucaldılacaqdır.

Belqrad şəhərinin tam mərkəzində yerləşən və ən füsunkar güşələrdən sayılan "Taşmaydan" parkı 8 hektar ərazini əhatə edir. Bura yerli əhalinin və şəhərin qonaqlarının ən sevimli istirahət yeridir.

Azərbaycan hökuməti tərəfindən abadlaşdırılacaq və hər iki ölkənin memarlıq üslubunu və ənənələrini əks etdirəcək "Taşmaydan" parkı Azərbaycan və serb xalqları arasında əbədi dostluq rəmzi olacaqdır.

Serbiyanın Voyevodina muxtar diyarının inzibati mərkəzi, bu ölkənin mədəniyyət beşiyi sayılan Novi Sad şəhərinin ən gözəl istirahət məkanı - "Dunay park"da isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstü qoyulacaqdır. Belqraddan sonra ikinci böyük şəhər olan Novi Sadda dahi bəstəkarımızın büstünün qoyulması barədə qərar Azərbaycan dövlətinin tövsiyəsi ilə qəbul olunmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin və sevimli bəstəkarımız Üzeyir Hacıbəylinin büstünün ucaldılması barədə qərarlar Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar tərəfindən ruh yüksəkliyi və qürur hissi ilə qaşılanmışdır.

Xəbər lenti

Xəbər lenti