...

Azərbaycan Prezidenti ATƏT-in qiymətləndirici missiyasının işğal olunmuş ərazilərə səfərlərinin nəticəsi kimi obyektiv məruzənin hazırlanacağına ümidvar olduğunu bildirib

Siyasət Materials 6 Oktyabr 2010 17:45 (UTC +04:00)
Dövlətimizin başçısı ATƏT-in qiymətləndirici missiyasını Naxçıvan Muxtar Respublikasında salamlamaqdan məmnunluq hissi keçirdiyini bildirib və bu səfəri müsbət hal kimi dəyərləndirib.
Azərbaycan Prezidenti ATƏT-in qiymətləndirici missiyasının işğal olunmuş ərazilərə səfərlərinin nəticəsi kimi obyektiv məruzənin hazırlanacağına ümidvar olduğunu bildirib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvlərini, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Bernar Fasyeni (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Bu barədə çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.

Dövlətimizin başçısı ATƏT-in qiymətləndirici missiyasını Naxçıvan Muxtar Respublikasında salamlamaqdan məmnunluq hissi keçirdiyini bildirib və bu səfəri müsbət hal kimi dəyərləndirib.

Missiyanın fəaliyyətini alqışlayan Prezident İlham Əliyev 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə olarkən oradakı dağıntılar barədə hazırladığı məruzənin önəmini qeyd edib.

Qiymətləndirici missiyanın tərkibinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrinin də daxil edilməsinin önəminə toxunan dövlətimizin başçısı missiyanın işğal olunmuş ərazilərə budəfəki səfərlərinin və müşahidələrinin nəticəsi kimi obyektiv məruzənin hazırlanacağına, bu məruzədə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, dağıntılar və ümumiyyətlə işğalla bağlı faktların öz əksini tapacağına ümidvar olduğunu bildirib.

Nümayəndə heyətinin üzvləri Naxçıvan Muxtar Respublikasında olmalarından məmnunluq hissi ifadə ediblər və qiymətləndirici missiya çərçivəsində görüləcək işlər barədə dövlətimizin başçısına məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti