...

Azərbaycanda protokolların və seçki bülletenlərinin hazırlanması və çatdırılması prosesi xüsusi nəzarət altında həyata keçirilir – MSK katibi

Siyasət Materials 25 Oktyabr 2010 11:47 (UTC +04:00)
Azərbaycanda protokolların və seçki bülletenlərinin hazırlanması və dairə seçki məntəqələrinə çatdırılması prosesi xüsusi nəzarət altında həyata keçirilir. Bu barədə jurnalistlərə MSK katibi Natiq Məmmədov bazar ertəsi məlumat verib.
Azərbaycanda protokolların və seçki bülletenlərinin hazırlanması və çatdırılması prosesi xüsusi nəzarət altında həyata keçirilir – MSK katibi

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda protokolların və seçki bülletenlərinin hazırlanması və dairə seçki məntəqələrinə çatdırılması prosesi xüsusi nəzarət altında həyata keçirilir. Bu barədə jurnalistlərə MSK katibi Natiq Məmmədov bazar ertəsi məlumat verib.

"Bütün seçki məntəqələrində protokolların və seçki bülletenlərinin saxlanması üçün zəruri şərait yaradılıb", - Məmmədov bildirib.

Bu gün Azərbaycanın Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10:00-dan çap olunan seçki bülletenlərinin və protokolların paylanmasına başlayb.

Azərbaycanda seçkilərə beş gün qalmış DSM-ə seçki bülletenlərinin verilmə prosesi başa çatır, seçki məntəqələri isə səsverməyə üç gün qalmış onları almalıdır.

Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti