...

Azərbaycanda seçki məntəqələri ən yüksək tələblərə cavab verir – İsmayıl Ağakişiyev

Siyasət Materials 7 Noyabr 2010 15:40 (UTC +04:00)
Azərbaycanda seçki məntəqələri ən yüksək tələbatlara cavab verir. "Qafqaz xəbərləri" Analitik İnformasiya Agentliyinin müşahidəçisi, Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri, Trend-in Ekspertlər Şurasının üzvü İsmayıl Ağakişiyev belə hesab edir.
Azərbaycanda seçki məntəqələri ən yüksək tələblərə cavab verir – İsmayıl Ağakişiyev

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanda seçki məntəqələri ən yüksək tələblərə cavab verir. "Qafqaz xəbərləri" Analitik İnformasiya Agentliyinin müşahidəçisi, Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri, Trend-in Ekspertlər Şurasının üzvü İsmayıl Ağakişiyev belə hesab edir.

Onun sözlərinə görə, dörd seçki məntəqəsinə baş çəkdikdən sonra agentliyin missiyası seçkilərdə xoş ab-havanın olduğunu qeyd edib.

"Əhali səs vermək istəyir, fəallıq yüksəkdir, bir çox məntəqələrdə "exit-poll" aparılır. Ümumilikdə, insanların sakit şəkildə səsverməsi üçün hər şey edilib", - Ağakişiyev deyib.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti