...

Azərbaycan Prezidenti akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 8 Noyabr 2010 20:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Təhsil Nazirliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

2010-cu ilin dekabr ayında görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur.

Xəbər lenti

Xəbər lenti