...

Rusiya və Qazaxıstanın xarici işlər nazirləri ATƏT sammitinə hazırlıq məsələlərini müzakirə ediblər

Siyasət Materials 29 Noyabr 2010 20:45 (UTC +04:00)

Qazaxıstan, Astana, 29 noyabr /Trend, müxbir A.Maratov/

Rusiya və Qazaxıstanın xarici işlər nazirləri ATƏT-in qarşıda duran sammitinin gündəliyini müzakirə ediblər.

"ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub", - Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Həmsöhbətlər ATƏT-in iştirakçı ölkələrinin dövlət və hökumət rəhbərlərinin dekabrın 1-2-də Astanada keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

"İki ölkənin xarici işlər naziri keçiriləcək yüksək səviyyəli görüşün uğur qazanacağına ümid etdiklərini bildiriblər. Bununla əlaqədar, sammitin bütün iştirakçılarının Astanada razılığa gəlmək və siyasi sənədin qəbul edilməsi üçün konstruktiv yanaşmanın olmasının əhəmiyyəti xüsusilə vurğulanıb", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti