...

Gürcüstanın xarici işlər nazirinin birinci müavini Nikoloz Vaşakidze olub

Siyasət Materials 6 Dekabr 2010 13:43 (UTC +04:00)
Gürcüstanın xarici işlər nazirinin birinci müavini vəzifəsinə Nikoloz Vaşakidze təyin olunub. Bu barədə bu gün bazar ertəsi günləri keçirilən ənənəvi brifinqdə xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.
Gürcüstanın xarici işlər nazirinin birinci müavini Nikoloz Vaşakidze olub

Gürcüstan, Tbilisi, 6 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər nazirinin birinci müavini vəzifəsinə Nikoloz Vaşakidze təyin olunub. Bu barədə bu gün bazar ertəsi günləri keçirilən ənənəvi brifinqdə xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.

Nazirin birinci müavini vəzifəsi Gürcüstan Prezidentinin fərmanı ilə bu vəzifəni tutan Qiqa Bokeriya Milli Təhlükəsizlik Şurasının katibi təyin olunduqdan sonra boş qalmışdı.

Bundan əvvəl Nikoloz Vaşakidze Gürcüstanın müdafiə nazirinin müavini vəzifəsini icra edib.

Xəbər lenti

Xəbər lenti