...

Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 11 Dekabr 2010 10:49 (UTC +04:00)
Cümə günü Rusiyanın paytaxtı Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Günü yayıb.
Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

RED. əlav.: şəkillər əlavə olunub

Cümə günü Rusiyanın paytaxtı Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Günü yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iclasda iştirak edən dövlət başçılarını Böyük Kreml sarayında qarşılayıb.

Əvvəlcə Prezident Dmitri Medvedevin adından MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə işçi nahar verilib.

Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Bu formatda keçirilən iclasın məqsədi gündəliyin özü, habelə onun bəzi məsələləri barədə fikir mübadiləsi aparmaq, müxtəlif yanaşmalar olan sənədlərlə bağlı cavab layihələrini müzakirə etməkdir. Bu, ilk növbədə MDB-nin səmərəliliyinin artırılması və onun inkişaf perspektivləri barədə məsələlərə aiddir.
Gündəliyə iqtisadi və humanitar sahələrdə əməkdaşlığa dair, eləcə də təhlükəsizliyin təmin olunmasında və Birliyin fəaliyyətinin digər istiqamətlərində inteqrasiya proseslərinin sürətləndirilməsinə yönəlmiş 20 sənəd daxil idi.

Məhdud tərkibdə iclas başa çatdıqdan sonra dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Sonra iclas öz işini geniş tərkibdə davam etdirib.

MDB Dövlət Başçıları Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iclası açaraq əmin olduğunu bildirib ki, aparılan müzakirələr və əldə edilmiş razılaşmalar MDB-nin üzvü olan ölkələr arasında əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

Rusiya dövlətinin başçısı deyib ki, humanitar əməkdaşlıq üzrə ikiillik plan qəbul olunub.

Azad ticarət zonası haqqında müqavilə layihəsinin hazırlanmasının gedişi məsələsi də müzakirələrin əsas mövzusu idi. Bildirilib ki, cari ilin sonunadək bu sənədin layihəsinin razılaşdırılması, gələn ilin birinci yarısında isə onun qəbul edilməsi nəzərdə tutulur. Sənədin imzalanması MDB-nin üzvü olan dövlətlərin ərazilərində ticarətin tamamilə liberallaşdırılması üçün müqavilə bazasının yaradılmasına kömək edəcək.

Bundan əlavə, iclasda MDB ölkələrində 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 65-ci ildönümü çərçivəsində və elm və innovasiyalar ili elan olunmuş 2010-cu ildə keçirilmiş tədbirlərin yekunları müzakirə olunub.

İclasda, həmçinin 2020-ci ilə qədər MDB çərçivəsində gənclərin beynəlxalq əməkdaşlıq strategiyası müzakirə olunub. Bu sənəd ilk dəfədir ki, hazırlanır.

İclasda ənənəvi olaraq cinayətkarlığa, terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə qarşı birgə mübarizə tədbirləri proqramlarının layihələrinə dair fikir mübadiləsi aparılıb.

Dövlət başçıları Birliyin üzvü olan dövlətlərin ATƏT çərçivəsində siyasi əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyətinə dair qərar layihəsini də müzakirə ediblər.

Müzakirələrdən sonra iclasın yekun sənədləri imzalanıb.

Daha sonra mətbuat konfransı keçirilib. Bildirilib ki, MDB-də sədrlik gələn ilin yanvarında Tacikistana keçəcək. MDB Dövlət Başçıları Şurasının növbəti iclası isə 2011-ci ilin sentyabrında Düşənbədə keçiriləcək.

Bununla da iclas işini yekunlaşdırıb.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti