...

Azərbaycan hökuməti FHN zabitlərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında qərar qəbul edib

Siyasət Materials 28 Dekabr 2010 15:07 (UTC +04:00)
Azərbaycan hökuməti Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında qərar qəbul edib.
Azərbaycan hökuməti FHN zabitlərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında qərar qəbul edib

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında qərar qəbul edib.

Trend-in bildirdiyinə görə, Nazirlər Kabinetinin çərşənbə axşamı yaydığı məlumata əsasən, bu barədə Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında" Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarına müvafiq əlavələr edilib.

Qərarda qeyd olunur ki, zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarı Fövqəladə Hallar Nazirliyinin rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə də şamil olunacaq.

Xəbər lenti

Xəbər lenti