...

Tələbələrin mükafatlandırılma mərasimi keçirilib

Siyasət Materials 30 Dekabr 2010 12:13 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq" layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən dama, şahmat, futbol turnirlərinin, həmçinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tələbələr arası breyn-rinq turnirinin və "Azərbaycan tələbəsi 2025-ci ildə" esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tələbələrin mükafatlandırılma mərasimi keçirilib

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq" layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən dama, şahmat, futbol turnirlərinin, həmçinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tələbələr arası breyn-rinq turnirinin və "Azərbaycan tələbəsi 2025-ci ildə" esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə çıxış edən ATGTİ sədri Şahin İsmayılov bildirib ki, layihəyə Bakıda yerləşən əksər universitetlər və hətta bəzi naminasiyalar üzrə region universitetləri də qatılıb. "Layihə iki ay müddətində davam edib. Şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş futbol yarışlarında 24 ali təhsil müəssisəsi iştirak edib", - İsmayılov deyib.

Onun sözlərinə görə, "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq" layihəsi ATGTİ-nin keçirdiyi birinci aksiyasıdır. "Düşünürəm ki, gələn il də bu tipli layihələr geniş şəkildə tələbələrimizə təqdim olunacaq", - İsmayilov deyib.

Tədbirin sonunda layihə çərçivəsində qalib gəlmiş bir sıra tələbələr mükafatlandırılıb. Azərbaycan Dövlət İqtisad Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Müəllimlər İnstitutu , Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası və digər ali təhsil müəssisələrinin tələbələri mükafatlar alıblar.

Xəbər lenti

Xəbər lenti