...

RF XİN rəhbəri MDB iştirakçısı olan dövlətlərin səfirləri ilə görüşüb

Siyasət Materials 12 Yanvar 2011 11:29 (UTC +04:00)
Yanvarın 11-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun MDB iştirakçısı olan dövlətlərin səfirləri ilə işgüzar səhər yeməyi formatında illik ənənəvi görüşü keçirilib. Bu barədə RF XİN məlumat yayıb.
RF XİN rəhbəri MDB iştirakçısı olan dövlətlərin səfirləri ilə görüşüb

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Yanvarın 11-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun MDB iştirakçısı olan dövlətlərin səfirləri ilə işgüzar səhər yeməyi formatında illik ənənəvi görüşü keçirilib. Bu barədə RF XİN məlumat yayıb.

2010-cu ildə Rusiyanın təşkilata sədrliyinin yekunları konteksində Birlik çərçivəsində əməkdaşlığın aktual məsələləri və qarşıdakı dövrdə təşkilat qarşısında duran vəzifələr müzakirə olunub.

Müstəqil Dövlətlər Birliyi (MDB) regional beynəlxalq təşkilat olmaqla əvvəllər SSRİ-nin tərkibinə daxil olan ölkələr arasında əməkdaşlıq münasibətlərinin tənzimlənməsini nəzərdə tutur. MDB dövlətüstü törəmə deyil və könüllü əsasda fəaliyyət göstərir. MDB-nin tərkibinə üç Baltikyanı ölkə və Gürcüstandan başqa, Azərbaycan da daxil olmaqla keçmiş SSRİ-nin bütün ölkələri daxildir.

Xəbər lenti

Xəbər lenti