...

İlham Əliyev Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi maliyyə əməkdaşlığı haqqında sazişi təsdiq edib

Siyasət Materials 19 Yanvar 2011 18:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il dekabrın 16-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb.
İlham Əliyev Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi maliyyə əməkdaşlığı haqqında sazişi təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il dekabrın 16-da Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Nazirlər Kabinetinə sərəncamın 1-ci bəndində göstərilən sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görmək tapşırılıb.

Xarici İşlər Nazirliyinə bu sərəncamın 1-ci bəndində göstərilən sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə hökumətini xəbərdar etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti