...

Elmar Məmmədyarov Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib

Siyasət Materials 21 Yanvar 2011 19:01 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycandakı səfiri Filip Jottardı ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycandakı səfiri Filip Jottardı ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə günü XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı səfir Jottard Azərbaycanda Belçikanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.

Öz növbəsində nazir Məmmədyarov səfir Filip Jottarda xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti