Mehriban Əliyeva: Muğam - heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir (FOTO)

Mehriban Əliyeva: Muğam - heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Beynəlxalq Muğam Mərkəzində martın 14-də"Muğam aləmi" II Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimi olub.

Trend-in məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbiri açaraq dedi:

"Xanımlar və cənablar. Hörmətli qonaqlar. Sizi II Beynəlxalq muğam festivalının açılış mərasimində səmimi qəlbdən salamlayıram. Festivalda iştirak etmək üçün ölkəmizə gələn bütün qonaqlara "Azərbaycana xoş gəlmisiniz" deyirəm.
Muğam festivalının Novruz bayramı ərəfəsində keçirilməsi heç də təsadüfi deyildir. Muğamla Novruzu birləşdirən bir çox amillər vardır. İkisi də olduqca qədimdir, ikisi də özündə ənənələrlə yeniliyi birləşdirir. Təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir.
İki il bundan öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtımızda Birinci Beynəlxalq muğam festivalı keçirilmişdir. Uğurla keçirilmiş bu festival çox geniş əks-səda yaratmışdır. Eyni zamanda, biz bu gözəl, möhtəşəm Beynəlxalq Muğam Mərkəzinin açılışını keçirmişik. Bu gün tam əminliklə deyə bilərik ki, Muğam Mərkəzi bütün dünya muğamsevərləri üçün əsl muğam evinə çevrilib və bu gündən etibarən burada çox gözəl ölməz musiqi - muğam səslənəcəkdir".

Birinci xanım Mehriban Əliyeva deyib ki, builki festival çərçivəsində müxtəlif tədbirlər keçiriləcək.

"Artıq elmi simpozium öz işinə başlayıb. Bu günlər ərzində siz yeni ifalarda klassik Azərbaycan muğamlarını dinləyəcəksiniz, muğam opera tamaşalarına baxacaqsınız, muğam əsasında yaradılmış simfonik əsərlərə qulaq asacaq, etno-caz kimi nadir bir fonemenlə tanış olacaqsınız. Bir sözlə, muğamsevərlər, muğama vurğun olan hər bir insan bu günlər ərzində qədim mədəniyyətin, təkrarsız musiqinin, dərin fəlsəfənin şahidi olacaqdır. Festivalımızda Azərbaycan xanəndələri ilə yanaşı, xarici müğənnilər də iştirak edirlər. Mən bir daha onlara "Azərbaycana xoş gəlmiziniz" deyirəm. Onlar həm öz ölkələrində, həm də dünyada çox məşhurdurlar. İnanıram ki, bizim festival onların ümidlərini doğruldacaq və unudulmaz bir hadisəyə çevriləcəkdir.
Bilirsiniz ki, Heydər Əliyev Fondu il ərzində bir neçə musiqi festivalları təşkil edir və keçirir. Bu, Üzeyir Hacıbəyli, Qara Qarayev adına musiqi festivallarıdır. Bu, qədim Qəbələ şəhərində keçirilən Beynəlxalq musiqi festivalıdır. Bu, görkəmli həmyerlimiz Mstislav Rostropoviçin adını daşıyan musiqi festivalıdır. Hər bir belə hadisə, hər bir belə musiqi festivalı böyük bir bayrama çevrilir. Dünyanın məşhur musiqiçiləri, sənətkarları ölkəmizə gəlirlər. Mən ümidvaram ki, "Muğam aləmi" festivalı bu sırada layiqli yerini tutub və geniş auditoriyasını formalaşdırıb.
Builki festivalın başqa bir özəlliyi də vardır. Bu festival Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ərəfəsində keçirilir. Biz fərəh hissi ilə qeyd edə bilərik ki, bu 20 il ərzində muğam sənətinin inkişafında, təbliğində çox davamlı dinamika müşahidə edilib.
Son illər ölkəmizdə mədəniyyət sahəsində dövlət tərəfindən irimiqyaslı layihələr həyata keçirilir. Dövlət Proqramına əsasən Azərbaycanın teatrları, muzeyləri, konsert salonları bərpa olunur, yeni mədəniyyət ocaqları, regionlarda yeni musiqi məktəbləri tikilir, muğam və mədəniyyət mərkəzləri açılır" Mehriban Əliyeva çıxışında deyib.

Birinci xanımın sözlərinə görə, Azərbaycanın ən böyük sərvəti bizim mədəni irsimizdir.

"Bizim ədəbiyyatımız, poeziyamız, musiqimiz, təkrarsız, nadir xalçaçılıq məktəbimiz, təsviri sənətimiz, memarlıq abidələrimizdir. Bu mədəni irs bizi millət kimi qoruyub saxlayır. Bu gün bu mədəniyyəti qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur.
Bu gün mən üzümu məşhur ustadlarımıza tutub onlara dərin hörmət və ehtiramımı çatdırıram. Siz muğam sənətimizin korifeylərisiniz. Eyni zamanda, siz gənc istedadların müəllim və məsləhətçilərisiniz, onların bilik mənbəyisiniz. Mən sizə uzun ömür və cansağlığı arzulayıram.
Bu festivalın hazırlanmasında əməyi olan hər bir insana öz təşəkkürümü bildirirəm. Ümidvaram ki, festival uğurla keçəcəkdir.
Mən bir daha hamınızı qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, bütün festival iştirakçılarına uğurlar, muğamsevərlərə xoş anlar arzulayıram.
İndi isə "Muğam aləmi" festivalını açıq elan edirəm" Mehriban Əliyeva bildirib.


Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir geniş konsert proqramı ilə davam edib.

Festivalın açılış mərasimində ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniya, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş qonaqlar da iştirak etmişlər.

Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Loading Bars
Xəbər lenti
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Bütün xəbərlər