...

Azərbaycan hökuməti Yaponiyaya 1 milyon ABŞ dolları dəyərində yardım göstərilməsi barədə qərar qəbul edib

Siyasət Materials 18 Mart 2011 18:49 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti Yaponiyada baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Yaponiya hökumətinə yardım göstərilməsi barədə sərəncam qəbul edib. Bu barəıdə cümə günü Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Azərbaycan hökuməti Yaponiyaya 1 milyon ABŞ dolları dəyərində yardım göstərilməsi barədə qərar qəbul edib

Azərbaycan, Bakı, 18 mart /Trend/

Azərbaycan Nazirlər Kabineti Yaponiyada baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Yaponiya hökumətinə yardım göstərilməsi barədə sərəncam qəbul edib. Bu barəıdə cümə günü Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Yaponiya hökumətinə yardım göstərilməsi məqsədi ilə Xarici İşlər Nazirliyinə 1 milyon ABŞ dollarının ekvivalenti məbləğində vəsait ayrılsın.

Nazirlər Kabinetinin məlumatına görə, Maliyyə və Xarici İşlər nazirliklərinə bu sərəncamda göstərilən vəsaitin müvafiq qaydada köçürülməsini təmin etmək tapşırılıb.

Martın 11-də Yaponiyada 9,0 bal gücündə zəlzələ baş verib, o, hündürlüyü on metrdən çox olan sunami yaradıb.Zəlzələnin episentri paytaxt Tokiodan 373 kilometr şimal-şərqdə baş verib, onun ocağı yerin 24 kilometr dərinliyində yerləşib. Tezliklə elə həmin rayonda gücü 6,0 baldan yuxarı olan daha bir neçə güclü yeraltı təkan qeydə alınıb.

Bu günə qədər zəlzələ və sunami nəticəsində 17 minə yaxın insan ölüb, itkin düşüb.

Xəbər lenti

Xəbər lenti