...

Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Siyasət Materials 10 May 2011 11:24 (UTC +04:00)
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümündə Küveytdə Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılışı başlayıb.
Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Azərbaycan, Bakı, 10 may /Trend/

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümündə Küveytdə Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılışı başlayıb. Bu barədə Trend-ə Azərbaycanın Küveytdəki səfirliyindən bildirilib.

Mədəniyyət Günləri Əl-Küveyt şəhərinin "Dasma" Mərkəzi Sərgi və Konsert Kompleksində təşkil olunub.

Tədbir Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi irsi, iqtisadi inkişafını özündə əks etdirən foto-sərgi ekspozisiyası ilə başlayıb.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Küveytin Mədəniyyət və Ədəbiyyat Ali Şurası və Azərbaycanın Küveytdəki səfirliyinin təşkilatçılığı ilə hazırlanan ekspozisiyanın xüsusi güşəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şanlı və şərəfli həyat yolunu əks etdirən sənədlərlə yanaşı, dahi şəxsiyyətin xarici ölkə başçıları ilə görüşləri və nüfuzlu beynəlxalq təşkilatlardakı çıxışları zamanı, həmçinin, Azərbaycanın təsərrüfat-sənaye obyektlərində çəkilən fotoşəkillər və ulu öndər haqqında yazılan kitablar nümayiş etdiriləcək.

Daha sonra Əl-Küveyt şəhərinin "Dasma" Mərkəzi Sərgi və Konsert Kompleksində Azərbaycanın mədəniyyət xadimlərinin ifasında maraqlı konsert proqramı da təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti