...

"Heydər Zirvəsi"nə yürüş uğurla başa çatıb (FOTO)

Siyasət Materials 10 May 2011 14:51 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekosport" idman klubunun üzvlərinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu ilə birgə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər Zirvəsi"nə yürüşü uğurla başa çatıb.
"Heydər Zirvəsi"nə yürüş uğurla başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekosport" idman klubunun üzvlərinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu ilə birgə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər Zirvəsi"nə yürüşü uğurla başa çatıb. Bu barədə çərşənbə axşamı Trend-ə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Mayın 7-də Bakı şəhərindən başlayan yürüş Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, günün sonunda yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün həmin ərazidə düşərgə qurublar.

Mayın 9-da ekspedisiya üzvləri qarşıya qoyulan məqsədə uğurla çatıb və dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər Zirvəsi"nə qalxaraq ulu öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər Zirvəsi"nə təşkil olunan yürüş artıq ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artır. Bu da ulu öndərin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsidir.

Xəbər lenti

Xəbər lenti