...

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycana səfərinin proqramı açıqlanıb

Siyasət Materials 12 May 2011 17:13 (UTC +04:00)
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin Azərbaycana səfərinin (17-19 may) proqramı açıqlanıb.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycana səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Ağayeva/

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin Azərbaycana səfərinin (17-19 may) proqramı açıqlanıb.

Trend-in məlumatına görə, BMT-nin ali komissarı mayın 18-də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. Bu barədə Ali Komissarlığın Bakı nümayəndəliyinin məlumatında deyilir. Səfər çərçivəsində Quterreş Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və Ağdam və Yevlax rayonlarında yerləşdirilmiş qaçqın və məcburi köçkünlərlə görüşəcək.

Bakıya qayıtdıqdan sonra BMT-nin ali komissarı Bakının Binəqədi rayonunda məcburi köçkünlər üçün tikilən qəsəbəyə baş çəkəcək.

Həmin gün o, Baş nazirin müavin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcək.

Quterreş mayın 19-da Azərbaycana səfərinin yekunları üzrə mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti