...

Azərbaycan Parlamentinin komitə sədri ATƏT Bürosunda sosial şəbəkələrdən istifadə məsələlərinin müzakirəsində iştirak edəcək

Siyasət Materials 14 May 2011 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun siyasi plüralizm mövzusuna həsr olunmuş seminarında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü Milli Məclisdən bildirilib.

Polşanın paytaxtı Varşavada keçiriləcək seminarda sosial şəbəkələrdən istifadə məsələləri, həmçinin siyasi partiyaların fəaliyyəti ilə bağlı qanunvericilik, bu strukturlarda qadınların və kişilərin bərabər hüquqlu iştirakı müzakirə olunacaq.

Səfər çərçivəsində Əli Hüseynlinin Polşanın Prezident Administrasiyasında, Parlamentində, Mərkəzi Seçki Komissiyasında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti