...

NATO-nun ekspertləri Azərbaycana səfər edəcək

Siyasət Materials 16 May 2011 09:53 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mayın 23-dən 25-dək isə NATO/ABŞ ekspertləri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təhsil sahəsində ekspert yardımını davam etdirmək məqsədilə Azərbaycana səfər edəcək.
NATO-nun ekspertləri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir K. Zərbalıyeva/

NATO-nun ekspertlərinin may ayında Azərbaycana səfərləri nəzərdə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mayın 23-dən 25-dək isə NATO/ABŞ ekspertləri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təhsil sahəsində ekspert yardımını davam etdirmək məqsədilə Azərbaycana səfər edəcək.

Mayın 17-dən 19-dək NATO-nun Brunssumdakı BQK-nın əməliyyat direktoratlığının birgə planlar şöbəsinin rəisi briqada generalı Maykl Jorqensen ölkəmizə gələcək.

Azərbaycan hərbçiləri bu ay NATO-nun Bakıda təşkil etdikləri tədbirlərdə iştirak edəcək.

Hərbçilərimiz mayın 16-dan 20-dək Bakıda NATO- nun Brunssumdakı BQK- nı nm obiltə lim qrupu tərəfindən çoxmillətli birgə tapşırıq qüvvələri ( CJTF) ə mə liyyat planlaşdırma və maddi-texniki təminat mövzusunda kurslarda iştirak edəcək.

Mayın 23-dən 27-dək hərbçilərimiz NATO-nun arxa cəbhə idarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun növbəti görüşünə qatılacaq.

Xəbər lenti

Xəbər lenti