...

Türkiyə Prezidenti İlham Əliyevi Azərbaycanın "Eurovision 2011"dəki qələbəsi münasibətilə təbrik edib

Siyasət Materials 19 May 2011 17:24 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə "Eurovision 2011" mahnı müsabiqəsindəki qələbə münasibəti ilə təbrik məktubu göndərib.
Türkiyə Prezidenti İlham Əliyevi Azərbaycanın "Eurovision 2011"dəki qələbəsi münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 19 may /Trend/

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə "Eurovision 2011" mahnı müsabiqəsindəki qələbə münasibəti ilə təbrik məktubu göndərib. Məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.

"Əziz qardaşım, hörmətli Prezident İlham Əliyev, 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision" mahnı müsabiqəsində dost və qardaş Azərbaycanın birinci olmasından böyük sevinc hissi duyduq. Azərbaycanın bu uğuru Türk xalqını da həddən ziyadə məmnun etmişdir. Zati-aliləri, Sizin şəxsinizdə Azərbaycanı bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu münasibətlə Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram", - təbrik məktubunda deyilib.

Xəbər lenti

Xəbər lenti