Azərbaycan, Bakı, 27 may /Trend/
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu azərbaycanlı jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayıb. Trend-in məlumatına görə, bu barədə təşkilatdan bildirilib.
Çavuşoğlu qeyd edib ki, AŞPA və o özü dəfələrlə Fətullayevin azadlığa buraxılmasına çağırıb.
Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev həbsdə olan bəzi şəxslərin azadlığa buraxılması barədə sərəncam imzalayıb. Əfv olunanlar arasında "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin keçmiş baş redaktoru Eynulla Fətullayev də var.