...

Fuad Ələsgərov: Siyasi məhbus ifadəsinin hamı tərəfindən bilinən tərifinin olmaması müxtəlif şərhlərə gətirib çıxarır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 May 2011 12:02 (UTC +04:00)
Problem ondadır ki, siyasi məhbus ifadəsinin hamı tərəfindən bilinən tərifi yoxdur. Bu vəziyyət siyasi məhbus ifadəsinin müxtəlif şərhlərinə gətirib çıxarır.
Fuad Ələsgərov: Siyasi məhbus ifadəsinin hamı tərəfindən bilinən tərifinin olmaması müxtəlif şərhlərə gətirib çıxarır (ƏLAVƏ OLUNUB)

Son iki abzas əlavə olunub (İlk xəbər 10:51-də yayılıb)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir T.Hacıyev/

Problem ondadır ki, siyasi məhbus ifadəsinin hamı tərəfindən bilinən tərifi yoxdur. Bu vəziyyət siyasi məhbus ifadəsinin müxtəlif şərhlərinə gətirib çıxarır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cümə günü Bakıda keçirilən "Siyasi məhbus" anlayışının vahid tərifinin qəbul edilməsi zərurəti" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Konfransda Avropa Parlamentinin, Avronest Parlament Assambleyasının nümayəndələrinin və bir sıra digər ekspertlərin, Azərbaycan tərəfindən isə parlament üzvlərinin, hökumət nümayəndələrinin, hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak edib.

Ələsgərov bildirib ki, "Siyasi məhbus" anlayışının vahid tərifinin qəbul olunması üzrə seminar mühüm əhəmiyyətə malikdir.

"Problem ondan ibarətdir ki, siyasi məhbus ifadəsinin hamı tərəfindən bilinən tərifi mövcud deyil. Bu vəziyyət siyasi məhbus ifadəsinin müxtəlif şərhlərinə gətirib çıxarır. Problemin aradan qaldırılmasında Avropa təsisatlarının mühüm rolu var", - Ələsgərov əlavə edib.

O qeyd edib ki, ümumi maraq doğuran məsələlərə dair vahid yanaşma qəbul olunmalıdır.

"Bu yanaşma insan hüquqlarının müdafiəsi ilə sıx bağlıdır. Ona görə də siyasi məhbus ifadəsi də həmin kontekstdə müəyyən olunmalıdır", - Ələsgərov deyib.

Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, tədbirin məqsədi Azərbaycan və eləcə də hər bir ölkə üçün həssas olan siyasi məhbus məsələsi üzrə Avropa ölkələrində ümumi kriteriyaların müəyyən edilməsinə nail olmaqdan ibarətdir.

"Konfransın nəticəsi ondan ibarət olacaq ki, biz Avropa Parlamentinə, AŞPA-ya qətnamə formasında sənəd hazırlayıb göndərəcəyik. Təklif edəcəyik ki, bu kriteriyalar hər bir dövlətə tətbiq olunsun və ayrı-ayrı dövlətlər burada istisna olunmasın. Bu ikili standartlardan qutarmalıyıq. Bütün Avropa ölkələrində unversal meyarlar olmalıdır", - Ələsgərov jurnalistlərə deyib.

Xəbər lenti

Xəbər lenti