...

Qazaxıstanda Azərbaycanın Respublika Günü münasibətilə tədbir keçirilib (FOTO)

Siyasət Materials 28 May 2011 14:58 (UTC +04:00)
Astana şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən 28 May - Respublika Günü munasibətilə rəsmi ziyafət verildi.
Qazaxıstanda Azərbaycanın Respublika Günü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend/

Astana şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən 28 May - Respublika Günü munasibətilə rəsmi ziyafət verildi. Trend-in məlumatına görə, bu barədə səfirliyin şənbə günü yaydığı məlumatda bildirilir.

Ziyafətdə Qazaxıstan tərəfìndən əsas qonaq qismində Qazaxıstanın nefì-qaz nazirinin müavini Kiinov Lyazzat Ketebayeviç istirak edib.

Tədbir Azərbaycan va Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başladı.

Səfir Zakir Həşimov Azərbaycan Demokratik Respublikasının 93 il bundan öncə şərq aləmində yaranmiş ilk demokratik müsəlman dövləti olduğunu qeyd edərək, müstəqilliyimizin bərpası və möhkəmlənməsində, Azərbaycanın inkişafında eləcə də Azərbaycan - Qazaxıstan əlaqələrinin möhkəmlənməsində Ulu Öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri barədə geniş məlumat verdi. Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi sahədə görülən tədbirlər nəticəsində dünyada hökm sürən iqtisadi böhranın Ölkəmizdə qarşısının alındığını və hətta 2010-cu ildə iqtisadiyyatda əldə edilmiş nailiyyətləri vurğuladı. Sonra səfir Daglıq Qarabağ problemi barəsində geniş məlumat verərək, bu məsələnin ədalətli həllini Azərbaycan ücun mühüm məsələ kimi qiymətləndirdi və münaqişənin həllinin yalnız Ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında mümkün olduğunu bildirdi.

Nazir müavini Kiinov Qazaxıstan - Azərbaycan əlaqələrindən danişaraq, münasibətlərin dərin köklərə malik olduğunu, xalqlarımız arasında əlaqələrin inkişafi və möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətlərini vurğuladı və Azərbaycanın Qazaxıstan ucün böyük əhəmiyyət daşıdığını, ölkələrimizin nəhəng enerji layihələrində uğurla iştirakinı qeyd etdi.

Tadbirdə Qazaxıstan Respublikasi ìncəsənət Universitetinin tələbələrinin ifasında Azərbaycanın böyük bəstəkar Qara Qarayevin musiqilə səsləndirildi və Petropavlovsk vilayətindəki diasporumuzun rəqs qrupu milli rəqslarimizi ifa etdi.

Xəbər lenti

Xəbər lenti