...

Azərbaycanın fövqəladə hallar naziri Latviyanın Baş naziri ilə görüşüb

Siyasət Materials 31 May 2011 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Latviyanın Baş naziri Valdis Dombrovskislə görüşüb. Trend-in məlumatına görə, xəbəri LETA agentliyi xəbər verir.

Görüş zamanı tərəflər Latviya ilə Azərbaycan arasında energetika, infrastruktur, nəqliyyat və loqistika, eləcə də hər iki ölkədə loqistika mərkəzlərinin inkişafı üzrə əməkdaşlıq potensialının mövcudluğunu qeyd ediblər.

Tərəflər Latviya ilə Azərbaycanın iş adamları arasında əməkdaşlığı inkişaf etdirməyin və biznes-layihələrin inkişafında investisiyaların təşviqinin zəruriliyi barədə razılığa gəliblər.

Dombrovskis və Heydərov Latviya ilə Azərbaycan arasında ikitərəfli siyasi əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti