...

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələn həftə gələcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 İyun 2011 14:24 (UTC +04:00)
NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iyunun 9-da Azərbaycana ikigünlük səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə alyansın mətbuat xidmətindən məlumat verilib.
NATO-nun xüsusi nümayəndəsi Bakıya gələn həftə gələcək (ƏLAVƏ OLUNUB)

Səfər barədə təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:26-da yayılıb)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Y.Ostapenko/

NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iyunun 9-da Azərbaycana ikigünlük səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə alyansın mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Appaturayın Azərbaycan rəhbərliyi ilə görüşləri və Azərbaycanla NATO əlaqələrinin bütün spektrinin müzakirəsi planlaşdırılır.

Xarici İşlər, Fövqəladə Hallar nazirliklərində, Dövlət Sərhəd Xidmətində, Milli Məclisdə görüşlər keçirilməsi planlaşdırılıb.

Hazırkı səfər Appaturayın NATO-nun xüsusi nümayəndəsi qismində Bakıya ilk səfəridir.

Xüsusi nümayəndəni Avroatlantik İnteqrasiya Direktorluğundan Ştefan Elgersma və alyansın Qafqaz üzrə rabitə zabiti Zbiqnev Rıbatski müşayiət edəcək. Bu barədə NATO-nu Azərbaycanda təmsil edən Rumıniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Yeni xüsusi nümayəndənin Cənubi Qafqaz ölkələrinə səfəri marta planlaşdırılmışdı, lakin Liviyadakı hadisələr səbəbindən səfər ertələndi.

Alyansın keçmiş rəsmi nümayəndəsi olan Appaturay yeni vəzifəyə ötən ilin noyabrında təyin edilib. Buna qədər yeddi il ərzində xüsusi nümayəndə postunu Robert Simmons tutub.

Xüsusi nümayəndənin vəzifəsi regionda NATO-nun məqsədlərinin inkişafı üçün regional liderlərlə işgüzar əlaqələri dəstəkləməklə regional təhlükəsizliyə və gələcəkdə NATO-nun əməkdaşlıq proqramlarının irəliləməsinə kömək göstərməkdir.

Xəbər lenti

Xəbər lenti