Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Əbdul Həmidi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Səfir Əbdul Həmid ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan xalqının Pakistana böyük hörmət və ehtiramın şahidi olduğunu dedi. Pakistanlı diplomat səfir kimi fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu münasibətləri müttəfiq ölkələr arasında olan münasibətlər kimi qiymətləndirdi və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Səfir Əbdul Həmidin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlətimizin başçısı ona gələcək fəaliyyətində uğurlar arzuladı.
İlham Əliyev Pakistanın ölkəmizdəki səfirini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Əbdul Həmidi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib