Eldar Quliyev "Şöhrət" ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Eldar Allahyar oğlu Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Eldar Quliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.