...

Roland Kobia: Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa çox ciddi önəm verir

Siyasət Materials 16 Avqust 2011 11:30 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa çox ciddi önəm verir.
Roland Kobia: Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa çox ciddi önəm verir

Azərbaycan, Bakı, 16 avqust / Trend, müxbir T.Hacıyev/

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa çox ciddi önəm verir.

Trend-in mnəlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Rolan Kobiya Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkil Aparatı və Almaniyanın İnsan Hüquqları İnstitutu arasında 2011-ci il üzrə "Tvinninq" layihəsi çərçivəsində "Ombudsman Aparatının bacarıqlarının inkişaf etdirilməsinə və ayrı-seçkilik haqqında məlumatlılıqların artırılmasına dəstək" mövzusunda çərşənbə axşamı keçirilən yekun konfransda çıxışı zamanı deyib.

"Avropa İttifaqının hər bir ölkəsi üzərinə öhdəliklər götürüb. İnsan hüquqları sahəsində və digər sahələrdə. Bütün avropa ölkələri bu sahədə daim üzərlərində işləməlidirlər. Çünki heç bir ölkələ insan hüquqları və demokratiya mükəmməl səviyyədə deyil." - Kobiya əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan insan hüquqları və demokratiya sahəsində üzərinə öhdəliklər götürdükdən sonra hüquqi baza yaradılıb.

"Ən çətin mərhələ bundan sonra, həmin qanunların icra olunması mərhələsidir. Biz də bu sahədə Azərbaycana kömək edəcəyik" , - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti