...

Azərbaycan və Çexiya hökumətləri iqtisadi əməkdaşlığın aktual məsələlərinə baxacaqlar

Siyasət Materials 14 Sentyabr 2011 16:51 (UTC +04:00)
Azərbaycan və Çexiya arasında ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinə noyabrda Praqada baxılacaq.
Azərbaycan və Çexiya hökumətləri iqtisadi əməkdaşlığın aktual məsələlərinə baxacaqlar

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Çexiya arasında ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinə noyabrda Praqada baxılacaq.

Noyabrda Praqada Azərbaycan-Çexiya ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə deyib.

Azərbaycan Prezidenti İlham Əliyev mayda Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə komissiyanın Azərbaycan Respublikası tərəfdən tərkibi haqqında sərəncam imzalayıb.

Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Çexiya tərəfdən isə sənaye və ticarət nazirinin müavini Milan Xovorkadır.

Azərbaycan Çexiyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. 2011-ci ilin yanvar-iyun ayları ərzində iki ölkə arasındakı əmtəə dövriyyəsi 67,5 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti