...

Azərbaycan və Monteneqro arasında dörd sənəd imzalanıb

Siyasət Materials 16 Sentyabr 2011 12:13 (UTC +04:00)
Prezident İlham Əliyevin və Prezident Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə sentyabrın 16-da geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimi olub
Azərbaycan və Monteneqro arasında dörd sənəd imzalanıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Prezident İlham Əliyevin və Prezident Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə sentyabrın 16-da geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Monteneqronun Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əmkədaşlıq haqqında Saziş"i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Monteneqronun mədəniyyət naziri Branislav Miçunoviç imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzaladılar.

Azərbaycan- Monteneqro sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti