...

Belarusla Azərbaycan arasında dialoq əməkdaşlığa xüsusi dinamika verib - Aleksandr Lukaşenko

Siyasət Materials 20 Sentyabr 2011 17:10 (UTC +04:00)
Aleksandr Lukaşenko Azərbaycanla enerji sahəsində əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə praktiki addımların olduğunu qeyd edib.
Belarusla Azərbaycan arasında dialoq əməkdaşlığa xüsusi dinamika verib - Aleksandr Lukaşenko

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanla enerji sahəsində əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə praktiki addımların olduğunu qeyd edib. Trend-in məlumatına görə, bu barədə Belarusun BELTA agentliyi xəbər verib.

Bu gün Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadənin etimadnaməsini qəbul edən Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə Belarus tərəfinə göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

"Xahiş edirəm, böyük minnətdarlığın ən səmimi sözlərini çətin dəqiqələrdə ilk olaraq bizə dayaq olduğuna görə Azərbaycan Prezidentinə çatdırasınız. Bu, çox qiymətlidir, biz borclu qalmarıq", - Belarus lideri deyib.

O qeyd edib ki, Belarusla Azərbaycan arasında fəal və açıq dialoq iki ölkənin əməkdaşlığına xüsusi dinamika verib.

Prezidentin sözlərinə görə, görüşlərin intensivliyi və müzakirə olunan məsələlərin siyahısı belə bir nəticəni təsdiq edir ki, Belarus və Azərbaycan bir-birinə lazımdır.

Xəbər lenti

Xəbər lenti