...

Sarkozinin bəyanatı Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir edəcək – XİN rəhbəri

Siyasət Materials 7 Oktyabr 2011 16:16 (UTC +04:00)
Fransa Prezidenti Nikola Sarkozinin bəyanatı onsuz da bəzi durğunluqların yaşandığı Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir edə bilər.
Sarkozinin bəyanatı Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir edəcək – XİN rəhbəri

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Fransa Prezidenti Nikola Sarkozinin bəyanatı onsuz da bəzi durğunluqların yaşandığı Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir edə bilər. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Davud Əhmədoğlu deyib. Məlumatı "Anadolu" informasiya agentliyi yayıb.

Nazirin sözlərinə görə, bu bəyanat Fransanın daxili siyasətinin vəziyyətini əks etdirir və tamamilə yanlışdır.

Bir az əvvəl Türkiyə hökumətinin Avropa İttifaqı ilə əlaqələri üzrə nazir Egemen Baxış bəyan edib ki, Fransa Prezidenti Nikola Sarkozi öz dövlətinin problemləri ilə məşğul olmalı, özünü tarixçi kimi sınamamalıdır.

Baxış əlavə edib ki, Sarkozinin bəyanatı öz şəxsi reytinqinin yüksəldilməsinə yönəlib.

Türkiyə 2011-ci ilin sonuna qədər "erməni soyqırımı"nı tanımasa, Fransa müvafiq tədbirlər görəcək. Trend-in erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Fransa Prezidenti Nikola Sarkozi saxta "soyqırım qurbanları"nın xatirəsinə qurulmuş memorial kompleksi ziyarət edərkən deyib.

Xəbər lenti

Xəbər lenti