...

PKK lideri həbs edilməyib - İran XİN rəhbəri

Siyasət Materials 21 Oktyabr 2011 15:20 (UTC +04:00)
Kürd Fəhlə Partiyasının (PKK) liderlərindən biri Murat Karayılan İran tərəfindən həbs edilməyib. Bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi Ankarada türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşü zamanı deyib.
PKK lideri həbs edilməyib - İran XİN rəhbəri

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Kürd Fəhlə Partiyasının (PKK) liderlərindən biri Murat Karayılan İran tərəfindən həbs edilməyib. Bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi Ankarada türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşü zamanı deyib. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir.

"İran Karayılanı tuta bilsə idi, onu azad etməzdi", - Salehi deyib.

Türkiyə KİV-ində dəfələrlə İranın xüsusi xidmət orqanlarının PKK rəhbərliyinin ikinci şəxsi olan Karayılanı tutması barədə məlumat yayılıb.

Salehi onu da bildirib ki, İran və Türkiyə terrorizmlə mübarizədə əməkdaşlığı davam etdirirlər.

Türkiyənin XİN-in rəhbəri Davudoğlu öz növbəsində məlumat verib ki, iki ölkə Təhlükəsizlik üzrə Ali Komissiyanın iclasını keçirəcək. İclasda terrorçulara qarşı müştərək əməliyyat məsələlərinə baxılacaq.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan əvvəllər bildirib ki, Türkiyə və İran onların ümumı düşməni olan və İran, İraq və Türkiyə sərhədində yerləşən kürd yaraqlılarına qarşı hərbi əməliyyatlar aparmaq üçün birləşiblər.

Ərdoğanın sözlərinə görə, Ankara və Tehran problem üzərində birlikdə işləyir və təxirə salmadan hərbi əməliyyatlara başlamaq niyyətindədir.

Türkiyə Silahlı Qüvvələri oktyabrın 19-da Hakkari vilayətində PKK yaraqlılarının hərbiçilərə 26 nəfərin ölümü ilə nəticələnən hücumuna cavab olaraq İraqın şimalında yerüstü və hava əməliyyatlarına başlayıb.

Məlum olduğu kimi, yaraqlılar hücumdan sonra İraq ərazisində gizləniblər.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb.
Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir. Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

Xəbər lenti

Xəbər lenti