...

YAP-ın sədr müavini Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

Siyasət Materials 24 Oktyabr 2011 13:30 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov bazar ertəsi Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şou ilə partiyanın mənzil qərargahında görüşüb.
YAP-ın sədr müavini Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov bazar ertəsi Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şou ilə partiyanın mənzil qərargahında görüşüb.

Trend-in hakim partiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Hindistan arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçının, Yeni Azərbaycan Partiyası ilə Hindistan Milli Konqresi arasındakı əlaqələrdən bəhs edilib.

Xəbər lenti

Xəbər lenti