...

İlham Əliyev Bolqarıstanın yeni Prezidentini təbrik edib

Siyasət Materials 2 Noyabr 2011 18:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının yeni seçilmiş Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Bolqarıstanın yeni Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının yeni seçilmiş Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb.

"Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan və Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı istiqamətində səylərimiz daim xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Rosen Plevneliyevə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti