...

Ukraynada erməni saxtakarlığının qarşısı alınıb

Siyasət Materials 17 Noyabr 2011 15:02 (UTC +04:00)
Ukraynada erməni saxtakarlığının qarşısı alınıb.
Ukraynada erməni saxtakarlığının qarşısı alınıb

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir S.Ağayeva/

Ukraynada erməni saxtakarlığının qarşısı alınıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən cümə axşamı Trend-ə bildirilib ki, Ukraynada nəşr edilən "Erməni mətbəxi" adlı kitabda Azərbaycan yeməkləri erməni mətbəxinin nümunələri kimi təqdim edilib. Bu kitabda yer alan nümunələrin Azərbaycan mətbəxinə aid olduğunu faktlarla sübut edən Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun məktubu səfirlik tərəfindən Ukrayna Kulinariya Mərkəzinə və kitabın nəşr edildiyi nəşriyyata göndərilib.

Cavab məktubunda nəşriyyat Azərbaycan yeməklərinin erməni mətbəxi nümunələri kimi təqdim olunduğu üçün üzr istəyib və kitabın bir daha nəşr edilməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti