...

Azərbaycan fövqəladə hallar nazirinin müavini Belqradda keçirilən konfransda iştirak edib

Siyasət Materials 19 Noyabr 2011 15:08 (UTC +04:00)
Belqrad şəhərində "Təbii və texnogen fəlakətlərin qarşısının alınması ilə bağlı regional fəaliyyətin əlaqələndirilməsi" mövzusuna həsr edilmiş Nazirlər Konfransı keçirilib.
Azərbaycan fövqəladə hallar nazirinin müavini Belqradda keçirilən konfransda iştirak edib

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Serbiyanın paytaxtı Belqrad şəhərində "Təbii və texnogen fəlakətlərin qarşısının alınması ilə bağlı regional fəaliyyətin əlaqələndirilməsi" mövzusuna həsr edilmiş Nazirlər Konfransı keçirilib.

Trend-in şənbə günü FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, konfransı giriş sözü ilə Serbiyanın Baş naziri Mirko Tsvetkoviç açıb, daha sonra tədbirdə çıxış edən Avropa İttifaqının Beynəlxalq əməkdaşlıq, humanitar yardım və böhranın qarşısının alınması üzrə komissarı xanım Kristalina Georgiyeva və Serbiya Baş nazirinin birinci müavini, Daxili işlər naziri İvitsa Daçıç təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması sahəsində fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.

Konfransda çıxış edən Azərbaycan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev ölkəmizin təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması sahəsində bir çox ölkələrlə sıx əməkdaşlığı, Azərbaycanda fövqəladə halların qarşısının alınması sahəsində əldə olunmuş təcrübə, FHN-in maddi-texniki bazası barədə məlumat verib.

Konfransda digər iştirakçı ölkələr və beynəlxalq qurumların nümayəndələri çıxış edərək fövqəladə hallara hazırlıq, fəlakət riskinin azaldılması, nəticələrinin aradan qaldırılması və bu sahədəki əməkdaşlığın əhəmiyyəti barədə danışıblar.

Xəbər lenti

Xəbər lenti