...

Hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 10 Dekabr 2011 15:03 (UTC +04:00)
Azərbaycan xalqının Heydər Əliyevə və onun şəxsiyyətinə hörmət və ehtiramı onun xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətinə verdiyi qiymətdir.
Hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan xalqının Heydər Əliyevə və onun şəxsiyyətinə hörmət və ehtiramı onun xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətinə verdiyi qiymətdir. Xalqımız yaxşı bilir ki, müasir Azərbaycan tarixi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirlən ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimində YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Onun şah əsəri olan Azərbaycan yaşayır və yaşayacaq.

"Mən xalqımızın Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramının bir nümunəsi kimi onun ideyalarına, müəyyənləşdirdiyi siyasətə inamını qeyd etmək istərdim. Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan xalqına, dövlətinə xidmət edir. Hər birimiz bu gün də Heydər Əliyev ideyalarından bəhrələnirik. Bügünkü Azərbaycanın iqtisadi uğurlarının təməli kimi Heydər Əliyevin həyata keçirdiyi islahatları göz önünə gətiririk və bunu qiymətləndiririk. Heydər Əliyev hər zaman xalqımızın qəlbində yaşayacaq", - Əhmədov çıxışında qeyd edib.

Tədbirdə Vaqif Mustafayevin "Heydər Əliyev" filminin "Dövlət" adlı 11-ci seriyası nümayiş olunub.

Əhmədov bildirib ki, filmin nümayişinə partiyanın tanınan simaları ilə yanaşı gənclər də dəvət olunub.

"Gənclər bu filmə tamaşa etməklə Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti ilə tanış olmaq imkanı qazanacaqlar", - o bildirib.

Filmin rejissoru Vaqif Mustafayev bildirib ki, bu film yalnız onun yaradıcılığı deyil, həm də onun mövqeyidir.

Deputat Fəttah Heydərov çıxışında bildirib ki, Azərbaycan xalqı belə görkəmli şəxsiyyəti, ölümündən sonra əbədilik qazanan Heydər Əliyev kimi övladı olduğuna görə fəxr etməlidir.

"8 ildir aramızda olmasa da, Heydər Əliyevin həyatına, fəaliyyətinə həsr olunmuş kitablar yazılır, filmlər çəkilir, mahnılar bəstələnir", - Heydərov deyib.

Deputat Eldar İbrahimov çıxışında film barəsində mövqeyini açıqlayıb. Onun sözlərinə görə, bu filmdə həqiqi tarix yaradılıb.

"Bu film xüsusi mahiyyət kəsb edir. Film tək indiki nəsil üçün yox, gələcək nəsil üçün də faydalı olacaq", - İbrahimov çıxışında vurğulayıb.

Deputat hesab edir ki, Heydər Əliyevin hakimiyyət illərinə həsr olunan filmin yeni hissələri çəkilməlidir.

Xəbər lenti

Xəbər lenti