...

Mübariz Əhmədoğlu: Rusiyanın daxilindəki indiki gərgin vəziyyət ermənilərin yaxından iştirakı ilə baş tutub

Siyasət Materials 14 Dekabr 2011 15:15 (UTC +04:00)
Rusiyanın daxilindəki indiki gərgin vəziyyət RF-dəki aktiv ermənilərin böyük əksəriyyətinin yaxından iştirakı ilə baş tutub.
Mübariz Əhmədoğlu: Rusiyanın daxilindəki indiki gərgin vəziyyət ermənilərin yaxından iştirakı ilə baş tutub

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.Mehdiyev/

Rusiyanın daxilindəki indiki gərgin vəziyyət RF-dəki aktiv ermənilərin böyük əksəriyyətinin yaxından iştirakı ilə baş tutub. Trend-in məlumatına görə, bunu çərşənbə günü Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, ABŞ Moskvadakı ermənilərin vasitəsilə Rusiyanı öz maraqlarına uyğun formaya salmaq istəyir.

"Bu proses artıq başlanıb. Son 3-4 ildə Kremldə, o cümlədən digər mühüm strukturlara təyin olunan ermənilərin sayı əvvəlki dövrlə müqayisədə 4-5 dəfə artıb. Qorbaçovun dövründə onun başına toplaşan ermənilər sırf Qərbin maraqları prizmasından SSRİ-nin dağılması istiqamətində səy göstərdikləri kimi, indi də vəzifəyə təyin olunmuş, səlahiyyət sahibi ermənilər Rusiyanın dağılması istiqamətində fəaliyyət göstərirlər", - Əhmədoğlu deyib.

O, qeyd edib ki, ümumiyyətlə, müasir Rusiya rəhbərliyinin idarəçilik siyasəti "erməni testi"ndən keçməlidir.

"İndiki dövrdə bu, ən ağır testdir. RF-dəki korrupsiya və sair hallar bu vəziyyətə daha yaxşı uyğunlaşmış ermənilərin inkişafına münbit şərait yaradır", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistana inamı ermənilər tərəfindən Rusiya əyehinə addımlar üçün istifadə olunur.

Dekabrın 4-də Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərdən sonra ölkə müxalifəti seçkilərin nəticələrinə etiraz edərək aksiyalara başlayıb.

Xəbər lenti

Xəbər lenti