Qazaxıstan, Astana, 3 yanvar /Trend, müxbir L.Podolyak/
Qazaxıstan 2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyə başlayıb.
Trend-in məlumatına görə, Belarus bu təşkilatın nizamnamə orqanlarında öz sədrliyini başa vurub və sədr funksiyasını Qazaxıstana verib.
Qazaxıstan XİN-in mətbuat xidmətinin məlumatına görə, sədrliyin prioritetlərinə KTMT-yə üzv olan ölkələrin informasiya məkanının müdafiəsi, kollektiv çevik reaksiya qüvvələrinin inkişafı, Mərkəzi Asiya regionunun hava məkanının müdafiəsi, KTMT-nin narkotiklər əleyhinə siyasətinin formalaşdırılması, təşkilatın maraqları daxilində Fövqəladə Hallar Nazirliyinin "Qaya şəhər-Astana" poliqonunun imkanlarının inkişafı daxildir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yeddi ölkənin - Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın hərbi-siyasi ittifaqıdır.