...

İlham Əliyev Qvatemala Prezidentini təbrik edib

Siyasət Materials 13 Yanvar 2012 18:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qvatemala Respublikasının Prezidenti Otto Fernando Perez Molinaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Qvatemala Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qvatemala Respublikasının Prezidenti Otto Fernando Perez Molinaya təbrik məktubu ünvanlayıb.

"Qvatemala Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qvatemala arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Otto Fernando Perez Molinaya möhkəm cansağlığı, xoşbəxtlik, dost Qvatemala xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti