...

Kolumbiya Azərbaycan xalqı ilə həmrəyliyini bəyan edib

Siyasət Materials 17 Yanvar 2012 10:50 (UTC +04:00)
Kolumbiya Xarici İşlər Nazirliyindən Azərbaycanın Meksikadakı səfirliyinə 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota daxil olub.
Kolumbiya Azərbaycan xalqı ilə həmrəyliyini bəyan edib

Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir M.Əliyev/

Kolumbiya Xarici İşlər Nazirliyindən Azərbaycanın Meksikadakı səfirliyinə 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota daxil olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı səfirlikdən bildirilib.

Notada 1990-cı ilin 20 yanvar tarixində Sovet İttifaqı tərəfindən Azərbaycan ərazilərinə qarşı təcavüz zamanı baş vermiş "Qara yanvar" kimi tanınan hadisələrə istinad edilərək Kolumbiya Xarici İşlər Nazirliyinin 1991-ci ildə Azərbaycan xalqının öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşdığı bildirilir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti