...

Şimali Kipr Türk Cümhuriyyətinin ilk prezidentinin dəfn mərasimi keçirilib

Siyasət Materials 17 Yanvar 2012 17:51 (UTC +04:00)
Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın dəfn mərasimi keçirilib.
Şimali Kipr Türk Cümhuriyyətinin ilk prezidentinin dəfn mərasimi keçirilib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir A.Tağıyeva/

Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın dəfn mərasimi keçirilib. Bu barədə çərşənbə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Kipr türklərinin mərhum lideri Rauf Denktaş yanvarın 13-də 87 yaşında Kiprin şimalındakı xəstəxanada vəfat edib.

Denktaş 10 illərlə türk-kipr icmasına başçılıq edib və Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti olub. O, həmçinin beynəlxalq aləmin tanıdığı Kipr Respublikası hökumətinin de-fakto nəzarət etdiyi Yunanıstan-Kipr danışıqları üzrə uzunmüddətli tərəfdaş olub.

Rauf Denktaş 1924-cü ildə Kiprin Pafos şəhərində anadan olub. Kipr və Londonda təhsil alıb.

Xəbər lenti

Xəbər lenti