...

İran Azərbaycana qarşı çirkin və sərsəm niyyətlərini həyata keçirməkdə davam edir - millət vəkili

Siyasət Materials 23 Yanvar 2012 18:39 (UTC +04:00)
İran bütün beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycan dövlətinin ona qarşı mehriban qonşuluq münasibətlərinin əksinə olaraq öz çirkin və sərsəm niyyətlərini həyata keçirməkdə davam edir.
İran Azərbaycana qarşı çirkin və sərsəm niyyətlərini həyata keçirməkdə davam edir - millət vəkili

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir M.Əliyev/

İran bütün beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycan dövlətinin ona qarşı mehriban qonşuluq münasibətlərinin əksinə olaraq öz çirkin və sərsəm niyyətlərini həyata keçirməkdə davam edir. Bunu bazar ertəsi Trend-ə millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.

O qeyd edib ki, İranın davamlı olaraq Azərbaycana qarşı ortaya qoyduğu düşmənçilik mövqeyi təəssüf doğurur.

"İranın molla rejimi öz ölkəsinin müxtəlif şəxsləri və qurumları vasitəsilə Azərbaycana qarşı iftiralar yağdırır, böhtanlar söyləyir, etik normalara sığmayan fikirlərə cəsarət edir", - Ağamalı deyib.

O bildirib ki, İran bu gün az qala bütün dünyaya qarşı müharibə elan etmək vəziyyətindədir.

"İran hər bir dövlətdə özünə düşmən axtarır. Həmin ölkənin bu gün ağır vəziyyətə düşməsinin başlıca səbəbi molla rejiminin mahiyyətində axtarılmalıdır. Bütün dünya birmənalı olaraq İranın nüvə silahının istehsalını dayandırmasını gözləyir, o isə buna əhəmiyyət vermir", - millət vəkili deyib.

Ağamalı deyib ki, dünyanı aldatmağa çalışan molla rejimi hər vasitələrə əl atır.

"Ermənistanla hərtərəfli əməkdaşlıq edən, onu yaşadan və Azərbaycana qarşı təcavüzü davam etməkdə ona hərtərəfli yardım göstərən İran səmimi müsəlman dövləti kimi fəaliyyət göstərmir", - millət vəkili deyib.

Xəbər lenti

Xəbər lenti