...

Azərbaycanın hakim partiyası 2012-ci ilin iş planını müzakirə edib

Siyasət Materials 2 Fevral 2012 15:14 (UTC +04:00)
Bu gün hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Azərbaycanın hakim partiyası 2012-ci ilin iş planını müzakirə edib

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Trend-in cümə axşamı partiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda YAP-ın 2011-ci il illik hesabatı, ötən ilə dair maliyyə hesabatı, 2012-ci ilin birinci yarısına dair tərtib edilmiş iş planı geniş və ətraflı müzakirə edilib.

YAP sədrinin müavini - icra katibi Əli Əhmədov iclasın gündəliyində duran məsələlər ətrafında çıxış edib.

YAP İdarə Heyətinin iclasıda qeyd olunub ki, ötən 2011-ci ildə Yeni Azərbaycan Partiyası təşkilatlanma, ideoloji-təbliğat, gənclər siyasəti və beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından çox mühüm uğurlar qazanıb. Qeyd edilib ki, 2012-ci il yanvar ayının 1-nə olan məlumata görə, Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 556 min nəfərdən çox olub. 2011-ci ildə YAP sıralarına 34 mindən çox yeni üzv qəbul edilib ki, onların da 60 faizə qədəri gənclərdir.

İdarə Heyətinin iclasında partiyanın 2011-ci il maliyyə hesabatı təsdiq edilib. Bildirilib ki, ötən 2011-ci ildə partiya üzvlük haqlarından partiya büdcəsinə 4 711 974 manat daxil olub. Daxil olmuş vəsaitin 4 611 323 manatı Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarının və İcra Katibliyinin xərclər smetasını təşkil edib.

Xərclənən vəsaitin 2 mln. 459 min manatı əməkhaqlarının ödənilməsinə, 687 min manatı müxtəlif xarakterli partiya tədbirlərinin maliyyələşdirilməsinə, 196 min manatı ezamiyyə xərclərinə, 326 min manatı nəqliyyat vasitələri və inventarların alınmasına, 170 min manatı cari təmir işlərinə, 178 min manatı təsərrüfat xərclərinə, 61 min manatı çap işlərinə, qalan hissəsi isə kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti və s. istiqamətlərə sərf edilib.

İdarə Heyətinin iclasında partiya həyatına aid bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti