Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir T.Cəfərov/
Xəzər qapalı dəniz olduğu üçün qonşu ölkələr onun təhlükəsizliyinə tamamilə nəzarət edə bilir. Xəzər dənizinin hərbiləşdirilməsi heç kimin xeyrinə deyil və əlavə xərcdir. Bu barədə cümə günü Bakıda səfərdə olan İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Mustafa Dövlətyar Trend-ə müsahibəsində deyib.
Dövlətyar əlavə edib ki, Xəzər dənizi sülh və sabitlik dənizidir və bu dənizin hərbiləşdirilməsinə sərmayə yönəltməyə ehtiyac yoxdur.
O deyib ki, Xəzəryanı ölkələr birgə əməkdaşlıq edərlərsə, bu dənizin təhlükəsizliyinin təmini elə də çətin məsələ deyil.
Xəzər dənizinin hərbiləşdirilməsi heç kimin xeyrinə deyil - İran rəsmsi
Xəzər qapalı dəniz olduğu üçün qonşu ölkələr onun təhlükəsizliyinə tamamilə nəzarət edə bilir.