...

Pakistan mətbuatında Senatın nümayəndə heyətinin Azərbaycana səfəri barədə geniş reportaj dərc olunub

Siyasət Materials 16 Mart 2012 10:35 (UTC +04:00)
Pakistanın geniş oxucu kütləsinə malik urdu və ingilis dillərində nəşr olunan “Daily İttehad” qəzetinin 16 mart tarixli buraxılışında Pakistan Senatının nümayəndə heyətinin 28 fevral-02 mart 2012-ci il tarixlərində Azərbaycana səfərinə həsr edilmiş xüsusi reportajı nəşr edilmişdir.
Pakistan mətbuatında Senatın nümayəndə heyətinin Azərbaycana səfəri barədə geniş reportaj dərc olunub

Azərbaycan, Bakı, 16 mart /Trend/

Pakistanın geniş oxucu kütləsinə malik urdu və ingilis dillərində nəşr olunan "Daily İttehad" qəzetinin 16 mart tarixli buraxılışında Pakistan Senatının nümayəndə heyətinin 28 fevral-02 mart 2012-ci il tarixlərində Azərbaycana səfərinə həsr edilmiş xüsusi reportajı nəşr edilmişdir. Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, reportaj nümayəndə heyətinin üzvü, qəzetin sahibi və baş redaktoru, tanınmış jurnalist Tahir Faruk tərəfindən hazırlanmışdır.

"Yaşasın Pakistan-Azərbaycan dostluğu" sözləri ilə başlayan reportajda Pakistanlı senatorların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü əks etdirən fotoşəkillər yerləşdirilmiş və senatorların "Daily İttihada" verdiyi "İlham Əliyev-Azərbaycanın uzaqgörən lideri" adlı müsahibəsi nəşr edilmişdir. Müsahibədə Senat sədrinin müavini Mir Can Camalidən "Cənab İlham Əliyev Azərbaycanın uzaqgörən və müdrik bir siyasətçisidir. O, millətin atası Heydər Əliyevin davamçısıdır. Azərbaycanın gələcəyi parlaq və təhlükəsizdir" sitatı gətirilmişdir. Müsahibədə senatorlar Prezident İlham Əliyevin İslam dünyasının ən uzaqgörən rəhbərlərindən biri olduğunu bildirmiş və ölkədə aparılan islahatlar nəticəsində Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələr sırasına daxil olduğunu bildirmişdirlər.

"Azərbaycan: iqtisadi inkişaf yolunda" adlı məqalədə yazar başda senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi Pakistan Senatının nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisinin sədri, xarici işlər naziri, fövqəladə hallar naziri, Azərbaycan-Pakistan Parlamentlərarası dostluq qrupunun üzvləri, Bakı Dövlət Universitetinin rektoru, Dövlət Neft Şirkətinin vitse-prezidenti, "Azenerji" SC-nin sədri ilə görüşləri, həmçinin Milli Məclisdə keçirilmiş mətbuat konfransı haqqında geniş məlumatlar vermişdir. Məqalədə, Pakistanın Birləşmiş Qərargahlar Komitəsinin sədri general Şəmim Vaynın 2012-ci ilin mart ayının ilk günlərində Azərbaycana səfər etdiyini və dövlət rəsmiləri ilə apardığı görüşləri də işıqlandırılmisdir. Tahir Faruk, bu səfərlərin iki qardaş ölkə arasında siyasi və iqtisadi münasibətlərin mövcud inkişafına təkən verəcəyini bildirmişdir.

"Prezident İlham Əliyevin iqtisadi islahatları" adlı məqalədə Azərbaycan Prezidentinin apardığı uğurlu və inamlı iqtisadi siyasətindən və bu yolda əldə etdiyi uğurlardan bəhs edən jurnalist Bakı şəhərində gedən tikinti və yenidənqurma işlərindən heyrətləndiyini bildirmişdir. Tahir Faruk ölkə rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın dünya iqtisadi böhranından zərər çəkmədiyini və ölkədə makroiqtisadi stabilliyə nail olunduğunu bildirmişdir. Daha sonra yazar, ölkəmizdə həyata keçirilən regionların iqtisadi inkişafı və yoxsulluğun azaldılması dövlət proqramları, yeni iş yerlərinin açılması, ölkədə mülayim investisiya mühütünün yaradılması və qeyri neft sektorunun inkişafından məlumatlar vermişdir.

Bütün məqalələr ingilis və urdu dillərində nəşr edilmişdir.

Qəzetdə Pakistan nümayəndə heyətinin Azərbaycan rəsmiləri ilə görüşlərini təsvir edən çoxsaylı fotoşəkillər yerləşdirilmişdir.

Xüsusi buraxılışın tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://dailyittehad.com.pk/e/islamabad/2012-03-16/3

Xəbər lenti

Xəbər lenti