...

Azad Rəhimovun Böyük Britaniyaya rəsmi səfəri başlayıb

Siyasət Materials 26 Mart 2012 16:22 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Böyük Britaniyaya rəsmi səfəri başlayıb.
Azad Rəhimovun Böyük Britaniyaya rəsmi səfəri başlayıb

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Böyük Britaniyaya rəsmi səfəri başlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi 2012-ci il London Yay Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirmək, müzakirələr aparmaqdır.

Rəhimov Böyük Britaniyanın idman və olimpiya naziri Hugh Robertson, eyni zamanda, Britaniya Olimpiya Assosiasiyasının baş katibi Colin Moynihanla görüşüb.

Olimpiya oyunlarına ev sahibliyi etmiş ölkələrin təcrübəsi ilə daha yaxından tanışlığın mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir bildirib ki, Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi hər bir ölkənin həyatının ən böyük təcrübəsi hesab edilə bilər.

"2020-ci ildə Olmipiya Oyunlarına ciddi şəkildə ev sahibliyi etmək istiqamətində namizəd şəhər olduğumuzu və bu mübarizədə çox ciddi rəqiblərimizin olduğunu nəzərə alsaq, hər bir detalın diqqətlə öytənilməsi mühüm əhəmiyyət kəsb edir", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti